Ucnoqta.az
www.ucnoqta.az

Qobustanda yol qəzası: <font color=red><b>2 nəfər xəsarət alıb</b></font>

13:37 - 18 Noyabr 2017 tarixində dərc olunub.

Qobustan rayonunda yol qəzası baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 82-ci kilometrliyində, Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  Belə ki, Göyçay rayon sakini Rəşad Mustafayevin idarə etdiyi "Chevrolet" markalı minik avtomobili yoldan çıxaraq beton plitəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlər - 1987-ci il təvəllüdlü Göyçay rayon sakini Gülnar Məhəmməd qızı Mustafayeva, onun övladı, 2009-cu il təvəllüdlü Nihad Rəşad oğlu Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti kafidir. Qəzaya qatı dumanın səbəb olduğu bildirilir. Faktla bağlı araşırma aparılır.

Müəllif: