Bakının Nəsimi rayonunda bədbəxt hadisə qeydə alınıb.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, 1 yaş 8 aylıq Həmidli Aydan Elvin qızı stuldan yıxılaraq xəsarət alıb.
Körpə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.