Ucnoqta.az
www.ucnoqta.az

<b>Qanunsuz ticarətlə məşğul olan Azərbaycan vətəndaşı saxlanılıb</b>

09:29 - 6 Noyabr 2017 tarixində dərc olunub.

Ukraynanın Odessa şəhərinin Suvorovski rayonundakı küçələrdən birində ticarət üçün müəyyən edilməmiş yerdə meyvə-tərəvəz satmaqla məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o Azərbaycandan gəlib və Ukrayna ərazisində qanunsuz yaşayır. “Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. Hüquq-mühafizə orqanları 31 yaşlı Azərbaycan vətəndaşına qarşı İnzibati Xətalar Məcəlləsinin 160-cı maddəsi üzrə (Müəyyən edilməmiş yerdə pərakəndə satış) protokol tərtib ediblər. Ardınca onunla Dövlət Miqrasiya Xidməti məşğul olacaq.

Müəllif: