Ucnoqta.az
www.ucnoqta.az

<b>Qonşunun qozunu oğurlayan saxlanılıb</b>

16:37 - 2 Noyabr 2017 tarixində dərc olunub.

Göygöl rayonu Qızılca kəndində evdən qoz oğurlanıb. Ucnoqta.az DİN-ə istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Qoşqar Quluzadə saxlanılıb.  O etiraf edib ki, qanunsuz yolla daxil olduğu evdən 150 kiloqram qozu oğurlayıb. Əldə etdiyi pulu isə xərcləyib. Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif: