Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda məktəb direktoruna cinayət işi açıldı: <font color=red><b>12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətdə təqsirləndirilir</b></font>

12:25 - 2 Noyabr 2017 tarixində dərc olunub.

Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan məktəb direktoru barəsində cinayət işi açılıb. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.
Gülməz Alxasov həmin iş üzrə təqsirləndirilən şəxs qismində saxlanılıb.
Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasovun məktəbin şagirdi, 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi iddia olunur. G. Alxasov müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.Apa

Müəllif: