Ucnoqta.az
www.ucnoqta.az

Arıxlı kilsələrinə əsassız erməni iddiası

18:24 - 1 Noyabr 2017 tarixində dərc olunub.

Arıxlı kilsələri birbaşa burada məskunlaşmış xristian qıpçaqlara-aruq tayfasına bağlıdır və onlara aiddir

Xristianlaşma prosesi çariça Tamaranın hakimiyyəti dövründə ( 1184-1213) daha intensiv hal aldı. Güclü hərbi elitaya etibar edən çariça Tamara Gürcüstanda və ona doğma olan Alaniyada xristianlığın geniş yayılmasına hər cür dəstək verdi. Çariçanın anası Burduxan Alan knyazı Xudanın qızı idi. O, çox sayda kilsə və monastrlar tikdirdi. Həmin dövrdə Arıxlıda, kəndin yuxarı hissəsində kilsə tikildi (XII-XIII əsr). Bu kilsənin Alban kilsəsi ilə heç bir bağlılığı yoxdur. Birincisi, həmin dövrdə Alban Kilsəsi özünün ən ağır dövrünü yaşayırdı. VIII əsrdən etibarən Qafqaz Albaniyası İslamın təsir dairəsinə düşmüşdü. Alban Kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün ən alcaq hərəkətlərə əl atır, xəbərçilik edir, Ərəb xəlifələrini Alban Kilsəsinə qarşı qaldırırdılar. Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər (ərəb sülaləsi) isə ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, Alban Kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar. Erməni katolikosu İlya xəlifə Əbdül-Malikə yazdığı məktubda erməni xisləti açıq-aydın özünü göstərir: "Hökmdar Əbdül-Malik Əmir əl-Mömininə erməni katolikosu İlyadan. Qadir Allahın iradəsi ilə bizim tabe ölkəmiz Sizə qulluq edir. Biz və Alban Kilsəsi bir ilahi İsa dininə etiqad edirik. Partav (Bərdə) taxtında oturan indiki Alban katolikosu yunan imperatoru ilə sazişə girib öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun və onun himayəsini qəbul etsin. İndi qoy bu Sizə məlum olsun, ta bu barədə qərar qəbul edəsiniz, çünki bu bədəfkarlıqda onun bir əyan qadın həmfikri də vardır. Böyük hökmdar, Siz öz hakimiyyətinizlə əmr buyurun onlar Allaha qarşı işlədikləri günah üstündə müstəhəqq olduqları cəzaya çatsınlar". 
Yəni, ermənilər sizə sadiqdir, sizə qulluq edir, Alban Kisəsi isə düşmən tərəfindədir. Bu, məqsədinə çatmaq üçün erməni hiyləbazlığının, iyrəncliyi ortaya qoyur. Bizans imperiyası ilə düşmən münasibətdə olan və bölgədə hərbi əməliyyata başlamaq üçün bəhanə axtaran xəlifə isə bu məktubdan sevinərək erməni katolikosuna aşağıdakı məzmunda bir məktubla cavab verdi: "Ey Allahın xadimi və erməni xalqının katolikosu İlya, sənin səmimi məktubunu oxudum və sənə mərhəmətim olduğuna görə öz sədaqətli bəndəmi çoxlu qoşunla göndərdim. Əmr etdik ki, bizim hökmranlığımıza qarşı qiyam edən albanlarda sizin dininizə uyğun dəyişiklik edilsin. Bizim hökmü bəndəmiz Partavda, sənin hüzurunda icra edəcəkdir. Nersesi (Alban katolikosu) və bədəfkarlıqda onun həmfikri olan qadını bir zəncirə bağlayacaq və elə şahanə mühakimə edəcəkdir ki, onlar bütün qiyamçıların yanında rüsvay olsunlar".
Ərəb ordusu tərəfində Qafqaz Albaniyası ərazisi tutulduqdan sonra düzənlik ərazidə yaşayan əhali İslam dinini qəbul etdilər. Ərəblərin əlləri çatmayan dağlıq yerlərdə yaşayan albanlar isə tədricən qriqoryanlaşmağa, erməniləşməyə başladılar. Boşalan Alban kilsələrinə isə ermənilər soxularaq onları özünküləşdirdilər. Ərəb hakimlərinin əli ilə albanların bütün ədəbi abidələri dağıdıldı. Alban mədəniyyətini, heç olmazsa, azacıq xatırlada biləcək hər şeyi məhv edildi. Bütün bu işlər, əvvəlcə Xilafətin köməyi ilə, sonralar isə digər istilaçıların icazəsi və köməyi ilə görüldü. Həmişə olduğu kimi bu dəfə də erməni kilsəsi xəyanəti və alçaqlığı özünə rəva bildi. Deməli, Arıxlıda kilsə tikilən vaxt (XII-XIII əsr) Alban Kilsəsi zəifləmiş və Erməni Qriqoriyan kilsəsindən asılı vəziyyətdə idi. 
İkincisi, indiki Şərqi Gürcüstan adlanan və vaxtilə Qafqaz Albaniyasına məxsus torpaqlar itirilmiş, gürcü torpaqlarına qatılmışdı. Grcüstan qıpçaqların sayəsində regionun ən güc dövlətinə çevrilmiş və gürcü kilsəsi Alban Kilsəsindən fərqli olaraq güclü mövqeyə malik idi. Belə bir şəraitdə Arıxlıda Alban Kilsəsinə aid dini məbədin tikilməsi mümkün deyildi. 
Qeyd edim ki, Arıxlıda tikilən kilsə kiçik ölçüdə olub, çariça Tamaranın hakimiyyəti altında olan torpaqlarda çoxsayda tikilirdi. Maraqlıdır ki, Arıxlı kilsəsinə ermənilər də iddialıdı. Onlar bu ərazidə ermənilərin yaşadığını və XII–XIII əsrə aid kilsənin erməni kilsəsi olduğunu iddia etmək həyasızlığını göstərirlər. Ermənilərə görə, «Surb Nşan» adlı kilsədə XII–XIII əsrə aid erməni epitafiyası (məzar kitabəsi, başdaşı yazıları) var.

Onların genləri xarabdır

Arıxlıda ikinci kilsə isə XVI-XVII əsrlərdə tikilib. Ermənilər bu kilsəni də özünkü hesab edirlər. Onlara görə 1657-ci ildə Arıxlıda «Surb Astvaçaçin» kilsəsi mövcud olub və ermənilər burada V əsrdən yaşayıblar. Ermənilər kənddə erməni başdaşı yazıları olan XIX əsrə aid qəbir olduğunu da iddia edirlər. Arıxlı kilsəsinin təmirinin erməni ustalar tərəfindən həyata keçirildiyini nəzərə alsaq həyasızlığın səbəbi ortaya çıxar. Çünki ermənilər saxtakarlıq sahəsində peşəkardırlar. Bir çox kilsəldərdə divar daşlarında yazıların dəyişdirilərəkən erməniləşdirilməsi barədə kifayət qədər faktlar var. Arıxlı kilsəsinə iddialların kökündə də bu saxtakarlıqlar dayanır. Yoxsa, XIX əsrə aid erməni dilindəki başdaşı yazıları haradan ortaya çıxardı? Məgər həmin dövrdə Arıxlıda erməni yaşayırdı. Digər tərəfdən 1600-cü illərdə kənddə məscidin mövcud olması Arıxlıda ermənilərin deyil, xristian və müsəlman azərbaycanlıların yaşadığını göstərir. 
Qeyd edək ki, ermənilər yalnız Arıxlı kilsələrinə deyil, Gürcüstandakı bir çox kilsələrə iddialıdırlar. Tanınmış gürcü ermənişünas-alimi, professor Bondo Arveladzenin sözlərinə görə, Ermənistan Gürcüstanın çoxsaylı unikal xristian tarixi abidələrini “erməni abidələri” elan etməyə başlayıb. Belə ki, Gürcüstandakı erməni yeparxiyasının nümayəndəsi, yepiskop Mirzəxanyan Gürcüstan hökumətinə müraciət edərək nə az, nə çox - 450-dək qədim gürcü kilsəsinin erməni yeparxiyasının sərəncamına verilməsini tələb edib. Erməni həyasızlığından hiddətlənən professor B.Arveladze bildirir ki, ermənilərin bu iddiasının heç bir elmi-tarixi əsası yoxdur: “Saxtakar ermənilər bu şərəfsiz işlə neçə onilliklərdir məşğul olurlar. Onlar öz sərsəm iddiaları üçün tədricən “tarixi əsaslar” hazırlayır. Sonuncu belə cəhd İrəvanda “Gürcüstanın erməni kilsələri” adlı məlumat kitabçası və xəritənin nəşr edilməsidir. Mən bu kitabçanın müəllifi Samvel Petrosyana üç dildə - gürcü, rus və Azərbaycan dillərində cavab verdim. Dedim ki, bu kitaba salınan kilsələrin 80 faizi tərtəmiz gürcü kilsələridir. Məsələn, erməni müəlliflər iddia edirlər ki, XVIII əsrin 70-80-ci illərində Zuqdididə tikilən kilsə erməni kilsəsidir. Halbuki tarixi məxəzlər də göstərir ki, həmin dövrdə Zuqdididə cəmi 3 erməni yaşayıb və onlar orada heç nə tikməyiblər. Professoru Quram Marxuliya da növbəti erməni həyasızlığı qarşısındakı hiddət və kinayəsini boğa bilmir. Q.Marxuliya xatırladır ki, erməni din xadimləri hələ XVIII əsrdən etibarən vandal “arxeoloqlar”la əl-ələ verərək qədim məbədlərinin və qəbirüstü daşların üzərində “qədim erməni” ornamentləri çəkib, o abidələri bu yolla özününküləşdirməyə cəhdlər ediblər. Arıxlı kilsələri ilə bağlı da bu cür saxtakarlıq həyata keçirilib. Arıxlı kilsəsinin erməni ustalar tərəfindən təmir edildiyini nəzərə alsaq saxtakarlığın haradan qaynaqlandığı ortaya çıxar. Bu yolla “Ermənilərin ən “müqəddəs milli məşğuliyyəti” özlərini başqa xalqların və mədəniyyətlərin hesabına ucaltmağa, qədimləşdirməyə çalışmaqdır. Deməli, burada söhbət ermənilərin başqalarına məxsus olan dəyərləri, ümumən hər şeyi oğurlamaq, ələ keçirmək arzusundan gedir. Bu idbar arzu fenomenal bir şeydir. Ona izah yoxdur. Hətta ənənəvi təbabət də bu erməni xəstəliyi qarşısında acizdir. Onların genləri xarabdır!
Arıxlı kilsələrinin ermənilərə məxsus olmadığını sübut edən başqa bir dəlil isə yaxın tarixə aid sənədlərdə öz əksini tapıb. Belə ki, 1801-ci ilə (gürcü dövlətçiliyinin ləğv olunmasına) qədər bu ərazilərdə ermənilərə öz kilsələrini tikmək rəsmən qadağan olunubmuş! Səbəb də sadə idi: pravoslavlıq (gürcülər isə pravoslavdır) erməni kilsəsini qəbul etmir, onu küfr sayır. 
XIX əsrin ortalarına qədər ermənilər Cənubi Qafqaza hələ təzə-təzə yerləşib uyğunlaşırdı. Ona görə də onların burada kilsələr tikməsindən söhbət belə gedə bilməzdi. Bunu ermənilər özləri də başa düşürdü. Amma artıq XIX əsrin sonlarına doğru onlar taktikanı dəyişdilər, daha asan yol tapdılar: qədim alban və gürcü kilsələrini “erməniləşdirib” onları özününkü elan etmək. “Şərqi Gürcüstana İran şahları və bir sıra müqavilələrlə bağlı köçürülən ermənilər burada olan və işğallar zamanı dağıdılan bütün qədim alban və gürcü kilsə və monastırlarını ələ keçirmək imkanı qazandılar. Onların səyi nəticəsində Alban kilsəsi 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoriyan kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırıldı.
Yuxarıdakı faktlar göstərir ki, Arıxlı kilsələri birbaşa burada məskunlaşmış xristian qıpçaqlara-aruq tayfasına bağlıdır və onlara aiddir. Ümuiyyətlə, kilsə də, məzar da, başqa qazıntı örnəkləri də qıpçaq tiplidir. Kəndin üst hissəsindəki bir neçə kilsə qalıqları isə daha qədim dövrə aid olub alban mənşəlidir.
Pünhan Əfəndiyev

Müəllif: