Ucnoqta.az
www.ucnoqta.az

<b>Yeni Kaledoniya sahillərində 7 maqnituda gücündə zəlzələ baş verib</b>

09:33 - 31 Oktyabr 2017 tarixində dərc olunub.

Çərşənbə axşamı Sakit okeanın Yeni Kaledoniya sahillərində 7 maqnituda gücündə zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Tadin şəhərindən 129 km şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 14,9 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur. “Report”

Müəllif: