Ucnoqta.az
www.ucnoqta.az

BNA avtobuslarda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib

16:22 - 26 Oktyabr 2017 tarixində dərc olunub.

Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişin avtobuslarında qiymətin artırılması ilə bağlı  son vaxtlar KİV-də yayılmış xəbərlərə münasibət bildirib. Məlumatda deyilir:
"Son vaxtlar 
müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı bir sıra məlumatlar yayılıb.
Bununla bağlı bildiririk ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır. Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil".

 

Müəllif: