Ucnoqta.az
www.ucnoqta.az

Tanınmış jurnalist faciəvi şəkildə öldü

11:45 - 26 Oktyabr 2017 tarixində dərc olunub.

"Həftə içi" qəzetinin əməkdaşı, bölgə müxbiri Məmmədli Səxavət Musa oğlu dünən Şirvan şəhərində baş vermiş yol qəzasında dünyasını dəyişib. Hadisə Şirvan şəhəri Heydər Əliyev prospektində yaşanıb. SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Səxavəti vurub. Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. Qeyd edək ki, 1956-cı il təvəllüdlü S. Məmmədli uzun illər ölkənin bir çox tanınmış mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərib. Bu illər ərzində çoxsaylı diplom və mükafatlara layiq görülüb.
Allah rəhmət eləsin!

Müəllif: