Ucnoqta.az
www.ucnoqta.az

<b>Sel hərbi maşını və hərbçiləri apardı<font color=red> - Ölən var</font></b>

16:31 - 25 Oktyabr 2017 tarixində dərc olunub.

Türkiyənin Tekirdağ vilayətində sel hərbi maşını aparıb. Ucnoqta.az-ın Trend-ə istinadən məlumatına görə, insident nəticəsində 1 nəfər hərbçi həlak olub. Məlumata görə, hadisə zamanı avtomobildə 4 hərbçi və 2 polis olub. Xilasetmə işləri nəticəsində 5 nəfəri sel sularından xilas etmək mümkün olub. Hazırda həlak olmuş hərbçinin cəsədinin axtarılması istiqamətində iş aparılır. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.

Müəllif: