Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb

16:40 - 23 Oktyabr 2017 tarixində dərc olunub.

Bu il ərzində Azərbaycanda seysmik baxımından aktiv olan zonaların adları açıqlanıb. Azərbaycan Milli Elmlər Akademiyası  Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2017-ci ildə seysmik aktiv ərazilər Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi ərazisi olub. 
Q.Yetirmişli qeyd edib ki, bu il yanvarın 1-dən oktyabrın 22-dək Azərbaycan və ona bitişik ərazilərdə 5051 zəlzələ baş verib. Onun sözlərinə görə, ötən müddət ərzində yalnız Azərbaycan ərazisində 3107 təkan qeydə alınıb ki, onlardan da 22-si hiss edilib. Apa

Müəllif: