Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan, Türkiyə və İran XİN başçılarının Bakıda görüşü dekabrda keçiriləcək

14:48 - 23 Oktyabr 2017 tarixində dərc olunub.

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü dekabr ayında baş tutacaq. Ucnoqta.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmmədrza Nəcəfi APA-ya bildirib ki, görüş dekabrın ikinci yarısında keçiriləcək: “Dəqiq tarix hələlik məlum deyil”.
Qeyd edək ki, görüş Bakıda baş tutacaq.

Müəllif: