Ucnoqta.az
www.ucnoqta.az

Deputat: <font color=red><b>"Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq"</b></font>

13:42 - 20 Oktyabr 2017 tarixində dərc olunub.

“Bu günlərdə Naxçıvan Muxtar Respublikasında keçirilən möhtəşəm hərbi parad Serj Sarksiyana tutarlı cavab idi. Hələ Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan ordusunun kiçik bir hissəsidir. Odur ki, Sarksiyan və ermənilər o paradı izləyib ağlını başına yığmalıdır”.
Ucnoqta.az 
Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, artıq 90-cı illər deyil.
“O zaman Azərbaycan daxilində kifayət qədər problemlər olduğundan torpaqlarımız işğal olundu.
İndi tamamilə başqa Azərbaycandır. Ermənilər unutmasın, əgər Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq!”

Müəllif: