Ucnoqta.az
www.ucnoqta.az

<b>Elvis Preslinin tapançası 95 min dollara hərraca çıxarılıb</b>

09:40 - 18 Oktyabr 2017 tarixində dərc olunub.

Müğənni Elvis Presliyə məxsus Amerika istehsalı olan "Smith & Wesson" tapançasının eksklüziv nümunəsi çərşənbə axşamı ABŞ-da 95 min dollara hərraca çıxarılıb. Bu barədə Amerikanın "Moments In Time" hərrac evinin saytında məlumat yerləşdirilib. Müğənni 38 kalibrli tapançanı 7 yanvar 1971-ci il tarixində Tenessi ştatının Memfis şəhərindən alıb. Elvis Presli 1935-ci ildə Missisipi ştatında dünyaya gəlmiş Amerika müğənnisi və aktyorudur. “Report”

Müəllif: