Ucnoqta.az
www.ucnoqta.az

Yağ qutularında siqaretlər aşkarlanıb

16:01 - 12 Oktyabr 2017 tarixində dərc olunub.
Dövlət Gömrük Komitəsi(DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn ölkə vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib. DGK-nin mətbuat xidmətindən verilən məlumata görə, bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı siqaretlər aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
Müəllif: