Ucnoqta.az
www.ucnoqta.az

DGK sədri kərə yağının bahalaşmasına münasibət bildirib

11:55 - 11 Oktyabr 2017 tarixində dərc olunub.

Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirib. Qurum rəhbəri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir: "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir".Apa
 

Müəllif: