Ucnoqta.az
www.ucnoqta.az

<b>Müsəlmanları daşıyan qayıq batıb:<font color=red> ölənlər və itkin düşənlər var</font></b>

11:55 - 9 Oktyabr 2017 tarixində dərc olunub.

Myanma ilə Banqladeşin sərhədində Arakanlı müsəlmanları daşıyan qayıq batıb. Ucnoqta.az azərtac-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. Bildirilir ki, ordunun zülmündən qaçaraq Banqladeşə sığınmaq istəyən 12 nəfər həlak olub. Onlardan 10-u uşaqdır. Hələlik hadisə zamanı qayıqda olanların 13 nəfəri xilas edilib. İtkin düşən 25 nəfərin axtarışı davam edir.

Müəllif: