Ucnoqta.az
www.ucnoqta.az

Qubada zəlzələ olub

12:35 - 4 Oktyabr 2017 tarixində dərc olunub.

Quba rayonunda 3.6 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, bu gün yerli vaxtla saat 06:36-da Qubadan 10km şimal-qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Müəllif: