Ucnoqta.az
www.ucnoqta.az

Komitə rəsmisi: <font color=red><b>"Məişət zorakılığına məruz qalan şəxslərin arasında yetkinlik yaşına çatmayan uşaqlar da var"</b></font>

12:23 - 4 Oktyabr 2017 tarixində dərc olunub.

"Məlumat Bankının hazırlanması ilə bağlı aparılan araşdırmalar nəticəsində məlum olub ki, məişət zorakılığına məruz qalan şəxslərin 85.5 faizi qadınlardır". Bunu Məişət zo­rakılığı ilə bağlı elektron məlumat bank­ının təqdimat mərasi­mində Ailə, Qadın və Uşaq Problemləri üz­rə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.
O bildirib ki, təhlillər kişilərin də məişət zorakılığına məruz qaldığını göstərir: "Təəssüflər olsun ki, məişət zorakılığına məruz qalan şəxslərin arasında yetkinlik yaşına çatmayan uşaqlar da var, onların 3.5 faizi heç təhsil almayıb, 1.7 faizi məktəblidir."

A.Veysəlova qeyd edib ki, məişət zorakılığına məruz qalan şəxslərin 74.3 faizi ailəlidir.report

Müəllif: