Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda daha bir yol çöküb</b></font>

11:42 - 4 Oktyabr 2017 tarixində dərc olunub.

Bakıda daha bir yol çöküb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin bir hissəsində çökmə qeydə alınıb. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: "Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib".
Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə "Azəravtoyol" ASC-nin və "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. "Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq", - deyə o bildirib.
Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib.

Müəllif: