Ucnoqta.az
www.ucnoqta.az

<b>Bakıda ailə münaqişəsi zamanı kişinin üzünə iti alətlə xəsarət yetirilib</b>

09:48 - 3 Oktyabr 2017 tarixində dərc olunub.

Bakının Suraxanı rayonunda ahıl kişiyə xəsarət yetirilib. Hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Evlərdən birində yaşayan 65 yaşlı Quliyev Əkrəm Sədulla oğlunun üz və çənə nahiyələrinə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. Yaralı xəstəxanaya yerləşdirilib. Dindirilmə zamanı o bildirib ki, hadisə ailə münaqişəsi zəminində baş verib.

Fakt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin əməkdaşları tərəfindən araşdırılır. ("Report")

Müəllif: