Ucnoqta.az
www.ucnoqta.az

Mübariz Qurbanlı: <font color=red><b>"İndiyə qədər Məhərrəm ayı ilə bağlı hər hansı qanun pozuntusuna rast gəlməmişik"</b></font>

11:39 - 28 Sentyabr 2017 tarixində dərc olunub.

"Məhərrəm ayının başlanması və gedişi ilə əlaqədar hələ ki, hər hansı qanun pozuntusuna rast gəlməmişik". "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, Məhərrəm ayının keçirilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvada irəli sürülən prinsiplərə əməl olunması üçün işlər həyata keçiriləcək: "Dövlət Komitəsi və QMİ-nin yerli qurumları Məhərrəm ayının Azərbaycan qanunvericiliyinə və QMİ-nin fətvasına uyğun keçirilməsi üçün lazımi tədbirlər görür. Əminəm ki, hər hansı bir insident baş verməyəcək və vətəndaşlarımız imam Hüseyn əzadarlığını dinimiz və qayda-qanunlarımız çərçivəsində həyata keçirə biləcəklər".

Müəllif: