Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakı Nəqliyyat Agentliyi azarkeşləri günahlandırdı</b></font>

10:37 - 28 Sentyabr 2017 tarixində dərc olunub.

Bakı Nəqliyyat Agentliyi “Qarabağ”-“Roma” matçından sonra yaşanan avtobus probleminə münasibət bildirib. Ucnoqta.az “qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev BNA-nın verdiyi sözə əməl etdiyini bildirib.

Onun sözlərinə görə, Bakı Olimpiya Stadionunun ictimai nəqliyyat terminalında ən son tamaşaçı ərazini tərk edənə qədər avtobuslar fəaliyyət göstərib:

“Düzdür tamaşaçıların stadiona gəlişi zamanı müəyyən çətinliklər yaşanıb. Bu da yollardakı tıxacla əlaqəli olub. Nə avtobusların sayında, nə də tamaşaçıların daşınmasında problem yaşanmayıb. Hava şəraiti ilə əlaqədar müəyyən çətinliklər vardı. Lakin görülən operativ tədbirlər nəticəsində bu çətinliklər də aradan qaldırılıb”, - deyə M. Ağayev bildirib.

BNA rəsmisi deyir ki, sosial şəbəkələrdə yayılan görüntülər “Koroğlu” stansiyasının çıxışına yaxın, nəqliyyat mübadilə məntəqəsinin ərazisində çəkilib:

“Sərnişinlər özləri yanlış istiqamətdə gediblər. Bu zaman da, onlar həmin avtobusları görməyiblər. Bu da səhv rəylər yaradıb”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi azarkeşlərin danışnmasını öz üzərinə götürmüşdü. Lakin verilən vədə əməl olunmayıb. Qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. BNA-nın ayırdığı X2 Express xətti isə gözə dəyməyib.

 

Müəllif: