Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Meksikada "balıq yağışı" yağıb</b></font>

10:06 - 28 Sentyabr 2017 tarixində dərc olunub.

Meksikanın Tamaulipas ştatında maraqlı təbiət hadisəsi baş verib. Bu barədə bölgənin Mülki Müdafə İdarəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ölkənin şimal-sərgində yerləşən Tampiko şəhərində yağış damcıları ilə yanaşı, yerə balaca balıqlar düşməyə başlayıb. İdarə yağış zamanı göydən yerə düşən balaca balıqların fotolarını yayıb. (“Report”)

Müəllif: