Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>"Heç bir problem olmayacaq"</b></font>

12:13 - 27 Sentyabr 2017 tarixində dərc olunub.

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın ilk ev oyununa, “Roma” ilə qarşılaşmaya ev sahibliyi edəcək Bakı Olimpiya stadionunun ot örtüyünü yeniləyən şirkətin aqronom-direktoru Karlos Reyşin “Qafqazinfo”ya müsahibəsi:


- Olimpiya stadionunun ot örtüyü bugünki oyun üçün tam hazır olacaqmı?
- Hər şey qaydasındadır. Heç bir problem olmayacaq. Buraya sisqras hibrit sistemini tətbiq etdik. Buna görə bəzən ot örtüyü stresə girə bilər. “Qarabağ” burada məşq etdi. Onların çox xoşuna gəldi. Top sisqras hibrit sisteminə görə daha sürətli hərəkət edir. 


- Məşqdən sonra hər hansı problem ortaya çıxdı?
- Yox, heç bir problem olmadı. Məşqdən sonra  normalda biz ot örtüyünü təmizləyirik. Amma dünən bunu etməyə gərək qalmadı. Çünki heç bir dənə də olsun ot çıxmamışdı. 


- Yeni ot örtüyündən sonra ilk matçda hər hansı problem ola bilər?
- Bugündən etibarən hər şey yoluna düşüb. Fikrimcə, heç bir problem ortaya çıxmayacaq. Komandalar rahat şəkildə oynayacaqlar. 


- Burada ardıcıl 3 oyun keçiriləcək: “Qarabağ” – “Roma”, Azərbaycan – Çexiya və “Qarabağ” – “Atletiko” matçları baş tutacaq. İlk qarşılaşmadan sonra hər hansı dəyişikliklər edəcəksinizmi digər matçlar üçün?
- Bu hibrit sistemini tətbiq etdiyimizə görə bu örtük bitkiləri daha sağlam saxlayır. Bu matçdan sonra daha yaxşı olacaq. İkinci matçda ot örtüyü 100-də 30 daha da inkişaf edəcək. Üzərində daha çox məşq edilə, oynanıla bilər. 


- Milli komanda burda oynayarkən çox maneələr ortaya çıxırdı. Torpaq örtüyü ilə bağlı hər hansı narazılıq varmı?
- Bu qazon yerinə qoyulanda hava çox isti idi. Fikrimcə, problem bundan qaynaqlanır. Stadionun quruluşu da elədir ki, daxildə hava olmur. Dizayn bu cür qurulub ki, top uçmasın deyə hava az olsun. Bu problemlər havasızlıqdan meydana gəlir. 


- Bizim digər stadionlarda ot saraldığı zaman onu rəngləyirlər. Bu nə dərəcədə doğrudur?
- Bu stadiona baxan adamın öz düşüncəsinə qalmış. Hər kəsin fərqli yöntəmi var. Biz düşünürük ki, belə şeylərə gərək yoxdur. 


- Bizə yaxın ölkələrdə yaxşı ot örtüyü olan stadionlar var. Azərbaycanda meydançalar hər şey çətinliklə düzəlir. İqlimlə bağlı problem varmı?
- Hər bir ölkənin ayrı iqlimi var. Hətta şəhərlərin belə ayrı iqlimləri var. Rusiyada keçiriləcək DÇ-2018 üçün 6 stadionun ot örtüyünü biz düzəldirik. Bütün stadionlar hibrit sisteminə sahibdir. Lakin 6 şəhərdəki 6 ayrı stadion 6 ayrı iqlimə sahibdir. Suyun keyfiyyəti, havanın təsiri və s. hamısı problem yarada bilər. Hər ölkədə istifadə olunan əşyalar fərqlidir. Məsələn, bir stadiona bir maddəni istifadə edəndə digəri buna başqa effekt verir. 


- “Dalğa Arena”, “Bakcell Arena”-nın ot örtüyünə baxanlardan soruşanda ki, problem nədən qaynaqlanır, onlar hava şəraitini bəhanə gətirirlər...
- Hər stadionunun kiçik iqlimləri var. “Dalğa Arena” dəniz kənarında yerləşdiyi üçün orada duzlu hava var. “Bakcell Arena” nın bir tərəfi şərqə, bir tərəfi qərbədir. Bu da kölgə yaradır və otun tam çıxmamasına səbəb olur. Olimiya Stadionunda da yay çox isti olduğu üçün hava olmur. 

Müəllif: