Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə ər arvadını küçədə bıçaqlayıb

10:30 - 27 Sentyabr 2017 tarixində dərc olunub.

Gəncədə ər arvadını bıçaqlayaraq öldürməyə cəhd edib. Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə M.Bağırov küçəsinin kəsişməsində baş verib. 
Belə ki, 1976-cı il təvəllüdlü Elyar Aydın oğlu Süleymanov qısqanclıq zəminində həyat yoldaşı olan, 1990-cı il təvəllüdlü Elnarə Daşdəmir qızı Süleymanovanı küçədə bıçaqlayaraq hadisə yerindən qaçıb. Dörd bıçaq yarası alan qadın yaxınlıqdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən əməliyyat olunan yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçan E.Süleymanov saxlanılaraq istintaqa cəlb olunub və onun barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: