Turizmin inkişafında xidmətləri olan şəxslər təltif edilib
18:09 - 26 Sentyabr 2017 tarixində dərc olunub.
Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Qılıncov Bəxtiyar Vaqif oğlu
“Tərəqqi” medalı ilə
Ağakərimov Müzəffər Mehdi oğlu
Əliyev Zakir Haşım oğlu
Qədəşov Tahir Ərziman oğlu
Yusufov Rüfət Teymur oğlu