Ucnoqta.az
www.ucnoqta.az

ATV-nin yeni rəhbərindən açıqlama

15:21 - 26 Sentyabr 2017 tarixində dərc olunub.

“Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən artıq vəzifəmin icrasına başlamışam”. Ucnoqta.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ATV telekanalının yeni rəhbəri Azər Xəlilov deyib. O bildirib ki, hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir.
“Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək” – A. Xəlilov qeyd edib.

Müəllif: