Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Ceyms Appaturay:</font> "NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir"</b>

10:41 - 26 Sentyabr 2017 tarixində dərc olunub.

NATO ilə Azərbaycan arasında etibarlı tərəfdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Bakıda “Ceyrançöl layihəsinin 3-cü mərhələsinin təqdimatı: gələcəkdə Azərbaycanda icra olunacaq Etimad Fondu layihələrinin perspektivləri” mövzüsunda keçirilən tədbirdə deyib. C.Appaturay bildirib ki, Azərbaycan Əfqanıstanda və digər ərazilərdə NATO missiyası çərçivəsində həyata keçirilən sülhməramlı tədbilərə dəstək verir: “Həm Azərbaycan, həm də NATO bu əməkdaşlıqdan faydalanır. NATO Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirir”.

Müəllif: