Ucnoqta.az
www.ucnoqta.az

Bu gün Bakının 3 rayonuda su olmayacaq

10:44 - 25 Sentyabr 2017 tarixində dərc olunub.

 Bu gün Bakıda gün ərzində Nəsimi və Nərimanov rayonlarının bəzi ərazilərinə, eləcə də Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
"Azərsu" ASC-dən "Report"a daxil olan məlumata görə, suyun kəsilməsi magistral kəmərlərdə təmir-bərpa və yenidənqurma işlərinin aparılması ilə əlaqədar reallaşdırılacaq.

Müəllif: