Ucnoqta.az
www.ucnoqta.az

FHN-nin helikopteri Gürcüstana göndərilib

11:37 - 24 Sentyabr 2017 tarixində dərc olunub.
Gürcüstan hökümətinin müraciətinə əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərilib. FHN-dən verilən məlumata görə, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.
Müəllif: