Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə yaşayış binasında yanğın olub

09:20 - 24 Sentyabr 2017 tarixində dərc olunub.
Ötən gecə Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 34 m2 olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan eyvanın divarı 3 m2 sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: