Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Mübariz Qurbanlı:</font> "Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək"</b>

11:36 - 22 Sentyabr 2017 tarixində dərc olunub.

Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə keçiriləcək. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı qeyd edib ki, Aşura tədbirləri ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin fətvası var:

"Bu fətva da kütləvi informasiya vasitələrində yayılıb. Fətvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək və Aşura mərasimləri qanunvericilik çərçivəsində yüksək səviyyədə icra olunacaq".

O bildirib ki, komitənin yerlərdə şöbələri var:

“Məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk və bu monitorinqlər Aşura zamanı da davam edəcək. Məqsəd qanunvericiliyə əməl edilib-edilməməsini yoxlamaqdır”.

Müəllif: