Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva bu gün Məktəb-Lisey Kompleksində olub, təhsil müəssisəsinin rəhbərliyi ilə görüşüb. Ucnoqta.az xəbər verir ki, bu barədə "Report"a idarədən məlumat verilib. Qeyd olunub ki, idarə müdiri MLK-da təlim-tərbiyə prosesinin təşkili vəziyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Məlumatda o da bildirilib ki, təhsil müəssisəsində tədris normal şəkildə davam edir, şagirdlərin dərsə davamiyyəti qaydasındadır.