Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda iki “VAZ-2107” toqquşub: <font color=red><b>iki nəfər yaralanıb</b></font>

15:02 - 21 Sentyabr 2017 tarixində dərc olunub.

Biləsuvar rayonunda iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində biri qadın olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: