Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Elşad Miri:</font> “Azan səsindən insanları narahat etməyəcək şəkildə istifadə edilməlidir”</b>

14:57 - 20 Sentyabr 2017 tarixində dərc olunub.

İlahiyyatçı Elşad Miri deyir ki, şadlıq evlərində səs məsələsi necə tənzimləndisə, azan səsi də o cür tənzimlənməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məscidlərdə səsgücləndiricilərin həddindən artıq yüksək səslə istifadə olunmasına irad bildirib. O deyib ki, məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil. İlahiyyatçı Elşad Miri “Sputnik Azərbaycan”a deyib ki, məsələyə obyektiv yanaşmaq lazımdır: “Azan səsindən insanları narahat etməyəcək şəkildə istifadə edilməlidir. İnsanlar tolerantlıqdan istifadə edib, bir-birinin inancına sayğı ilə yanaşmalıdır”.

Müəllif: