Ucnoqta.az
www.ucnoqta.az

"Gazelli Group" şirkəti ötən gün baş vermiş yanğınla bağlı məlumat yayıb

12:40 - 20 Sentyabr 2017 tarixində dərc olunub.

"Gazelli Group" şirkəti dünən şirkətin anbarında baş verən yanğınla bağlı məlumat yayıb. Şirkətin ictimaiyyətlə Əlaqələr şöbəsindən Ucnoqta.az-a verilən məlumata görə, dünən saat 15:00 radələrində Gazelli Group şirkətinə məxsus dəftərxana məhsullarının saxlanıldığı anbarların birində yanğın baş verib. Hadisə baş verdiyi zaman şirkətin bütün əməkdaşları dərhal təxliyyə edilmişdir, əraziyə Fövqəladə Hallar Nazirliinin Yanğın Söndürmə Xidmətinin əməkdaşları cəlb edilib. Təxminən bir saat ərzində yanğın tamamı ilə söndürülüb.
Məlumatda qeyd olunur ki, yanğın olan anbarda çoxlu sayda kağızlar, broşurlar və digər dəftərxana məhsulları olub: "Sosial şəbəkə və bəzi KİV-lərdə anbarda kimyəvi maaddələrin olması və insanların həyatına təhlükə yaratması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Vurğulamaq istərdik ki, şirkətimizdə hər altı həftədən bir texniki baxış keçirilir. Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır, nəticələr məlum olanda, ictimaiyyətə məlumat veriləcəkdir. Bir də qətiyyətlə bildirmək istərdik ki, hadisə zamanı şirkət əməkdaşlarından heç kim zərər çəkməyib və xəsarət almayıb.

Müəllif: