Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>Sarqsyan: </font>"Ermənistan Türkiyə ilə diplomatik münasibətləri pozmağa hazırdır"</b>

10:02 - 20 Sentyabr 2017 tarixində dərc olunub.

"Ermənistan Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına dair 2009-cu ildə imzalanmış protokolları ləğv etməyə hazırdır".

Bu bəyanatla Ermənistan prezidenti Serj Sarqsyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında çıxış edib.

Ermənistan prezidenti sənədlərin ratifikasiyası istiqamətində irəliləyiş olmayacağı təqdirdə Türkiyə hakimiyyətini belə bir addım atacaqları ilə hədələyib.

O bildirib ki, bu, artıq 2018-ci ilin yazında baş verə bilər. "Report"

Müəllif: