Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Mikayıl Cabbarova yeni vəzifə veriləcək</b></font>

09:55 - 20 Sentyabr 2017 tarixində dərc olunub.

Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək. Bu barədə “Report” qurumun I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözlərinə görə, Milli Olimpiya Komitəsində baş tutacaq mərasim saat 15:00-da start götürəcək. Konfransda prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarovun federasiyanın rəhbəri seçiləcəyi gözlənilir. M.Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir. Qeyd edək ki, bu, AQF-nin son bir ayda baş tutan ikinci hesabat-seçki konfransıdır. Avqustun 17-də keçirilmiş toplantıda Nazim İbrahimov yekdilliklə yenidən federasiya prezidenti seçilmişdi.

Müəllif: