Ucnoqta.az
www.ucnoqta.az

<b>Neymar və Kavani soyunma otağında pul üstündə əlbəyaxa olub</b>

09:33 - 19 Sentyabr 2017 tarixində dərc olunub.

Fransanın PSJ klubunun Braziliya və uruqvaylı futbolçuları Neymar və Kavani pul üstündə əlbəyaxa olublar. İnsident "Lion" üzərində qazanılan 2:0-lıq qələbədən sonra soyunub-geyinmə otağında baş verib. Lakin komanda yoldaşları, xüsusilə də, Tyaqo Silva və Markinyos onları dava etməyə qoymayıblar. Kavaninin müqaviləsində mövsümün sonunda çempionatı ən yaxşı bombardir kimi bitirəcəyi təqdirdə uruqvaylıya təqribən 1 milyon avro veriləcəyinə dair bənd yer alıb. Qeyd olunur ki, ötən mövsümlərdə PSJ-nin isveçli hücumçusu Zlatan İbrahimoviç bombardirlər siyahısında birinci yeri tutduğuna görə 1,5 milyon avro alıb.("Report")

Müəllif: