Ucnoqta.az
www.ucnoqta.az

Ağdaş sakinini elektrik cərəyanı vurub

10:39 - 16 Sentyabr 2017 tarixində dərc olunub.
Ağdaş sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da gecə saat 05:00 radələrində Ağdaş şəhərində fəaliyyət göstərən çörəkbişirmə sexlərinin birində baş verib. Rayon sakini, 1991-ci il təvəllüdlü Quliyev Ceyhun Xalid oğlu işlədiyi sexdə köhnə elektrik naqili ilə ehtiyatsız davranıb. Nəticədə cərəyan onu vuraraq öldürüb. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Müəllif: