Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm"</b></font>

16:33 - 7 Sentyabr 2017 tarixində dərc olunub.

“Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə təəccüblənmədim. Hətta “Qarabağ” “Rosenborq”u məğlub etdiyi vaxtdan yadımda qalıb". Bunu “Qarabağ”ın yeni transferi Tarik Elyunussi deyib. Ucnoqta.az xəbər verir ki, T.Elyunussi bildirib ki, “Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparacaq: "Güclü qrupda yer almışıq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameyilli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət ancaq komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

Müəllif: