Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın Surinamdakı səfiri bu ölkənin Milli Assambleyasının spikeri ilə görüşüb

16:16 - 28 Avqust 2017 tarixində dərc olunub.

Avqustun 24-də Azərbaycan Respublikasının Surinam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov Surinam Respublikasının Milli Assambleyasının spikeri, xanım Cennifer Qirlings-Simonsla (Jennifer Geerlings-Simons) görüşüb.
Görüşdə, ikitərəfli Parlamentlərarası münasibətlər, müasir dövrdə parlament diplomatiyasının ikitərəfli münasibətlərdəki rolu, hökumətlərarası qarşılıqlı səfərlərin təşkil edilməsinin mümkünlüyü və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Tərəflər, ölkələr arasında əlaqələrin genişləndirilməsində böyük potensialın olduğunu və bu sahədə qanunverici orqanların xüsusi rolu olduğunu qeyd ediblər.
Sonda, Səfir Elxan Poluxov Surinam Respublikası Milli Assambleyasının xatirə kitabını imzalayıb.

Müəllif: