Ucnoqta.az
www.ucnoqta.az

Avropa İttifaqının Azərbaycana yeni səfiri təyin olunub

12:07 - 24 Avqust 2017 tarixində dərc olunub.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycana yeni səfir təyin edib. APA-nın Aİ Xarici Əlaqələr Xidmətinin saytına istinadən verdiyi məlumata görə, yeni səfir Kestutis Yankauskasdır.
O, hazırda Gürcüstanda Aİ Monitorinq Missiyasına rəhbərlik edir.
Kestutis Yankauskas bu vəzifədə Malena Mardı əvəzləyəcək. 

Müəllif: