Ucnoqta.az
www.ucnoqta.az

<b>Sürücü avtomobili piyadaların üzərinə sürdü:<font color=red> xəsarət alanlar var</font></b>

09:31 - 23 Avqust 2017 tarixində dərc olunub.

Dublində sürücünün nəqliyyat vasitəsini səkidəki piyadaların üzərinə sürməsi nəticəsində 6 nəfər xəsarət alıb. Ucnoqta.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə "The Irish Times" qəzeti yazıb.

Bildirilir ki, hadisə nəticəsində 6 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilənlər arasında hadisəni törətmiş sürücü də var.

İnsidentin hansı şəraitdə baş verdiyi araşdırılır.

Müəllif: