Ucnoqta.az
www.ucnoqta.az

<b>Vilyam Hacıyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib</b>

15:21 - 21 Avqust 2017 tarixində dərc olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Vilyam Fəhralı oğlu Hacıyevi 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə təltif olunub. Qeyd edək ki, V.Hacıyev 1957-ci ilin avqustun 10-da anadan olub. O, hazırda İmişli rayon İcra Hakimiyyətinin başçısıdır.

Müəllif: