Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün çayda batan gəncin meyiti tapılıb

11:11 - 19 Avqust 2017 tarixində dərc olunub.
Çayda batmış 24 yaşlı gəncin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, avqustun 18-də Katex çayının Balakən rayonundan keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Nuriyev Adilxan Nəzirxan oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Müəllif: