Bakıda avtomobil yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Bakının Nərimanov rayonunda "Azsamand" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.