Ucnoqta.az
www.ucnoqta.az

Xilasedicilər dənizdə batan 4 nəfəri xilas edib

17:24 - 18 Avqust 2017 tarixində dərc olunub.

Sabunçuda dənizdə batan daha 4 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 16:00-da başa çatıb.

Müəllif: