Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Bakıda çağırışa gedən təcilli yardım həkimi döyülüb</b></font>

16:53 - 18 Avqust 2017 tarixində dərc olunub.

Bakı şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi döyülüb. Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, 2-ci Çala küçəsi, ev 1, mənzil 22-də qeydə alınıb. Həmin ünvana çağırışa gedən, 2 saylı Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Bəhram Əsgərov ev sahibi, 1983-cü il təvəllüdlü Elnar Cəfərov tərəfindən döyülüb.
Həkim polisə şikayət edib.
Faktla bağlı araşdırma aparılır.

Müəllif: